“Paşinyan, niyə dəhlizin açılması üçün Ərdoğana müraciət etmirsən?”
Bu məzmunda ifadələr sosial şəbəkənin erməni seqmentində yayılıb.
Bildirilir ki, Paşinyan özü zəlzələ zamanı Türkiyəyə yardım göndərib:
“Yeri gəlmişkən, həmin yük maşınları da “Spayka”dan idi. Sən hətta 30 ildir bağlı olan “Marqar” sərhədindən də istifadə etdin”.
Ermənilər bunların müqabilində Paşinyanın Ərdoğandan yardım tələb etməsini istəyiblər.
Globalinfo.az