“Bu təxribatlar Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh danışıqlarının getdiyi bir zamanda baş verib”.
Bu fikirləri Editor.az-a AĞ Partiya Mərkəzi Aparatının sədri Kamran Məmmədli Brüssel görüşləri ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlar və bunun fonunda antiterror əməliyyatının ləngiməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu təxribatlar qeyri-qanuni erməni separatçıları tərəfindən törədilir:”
Onlara bu tapşırığı verən və yaxud dəstək olan da Rusiyadır :
“Çünki erməni silahlı birləşmələrinin istifadə etdiyi texnoloji vasitələrə malik olması inandırıcı deyil. Brüssel görüşü ərəfəsində bu cür hadisələrin baş verməsi isə Rusiyanın Brüssel görüşündə əldə olunacaq irəliləyişlərdən ciddi narahatçılığından xəbər verir. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması Rusiyanın maraqlarına uyğun deyil. O ki, qaldı antiterror əməliyyatının başladılmasına bu, əlbəttə ki, Azərbaycan Ordusunun haqqıdır. Azərbaycan ordusu öz torpaqlarında bu formada təxribatlara dözməyəcək. Görünən odur ki, keçən il olduğu kimi bu il də erməni terrorçularına bəzi şeyləri xatırlatmalı olacağıq”.
//Safura Bənnayeva, Editor.az

