“Ermənilərə təzyiq və təsir mexanizmi daha ciddi işləməlidir “-AÇIQLAMAbackend

“Ermənilərə təzyiq və təsir mexanizmi daha ciddi işləməlidir “-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan-Ermənistan arasında danışıqların gedişi və sülh müqaviləsinin imzalanması prosesi beynəlxalq ekspertlər tərəfindən də ciddi şəkildə izlənilir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev Kornegi Fondunun tədqiqatçısı Tomas de Vaal erməni mediasına açıqlamasında Azərbaycan və Ermənistan arasında sülh sazişindən danışarkən tərəflər arasında sülh yox, çərçivə sazişinin imzalanacağı barədə fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, tərəflər arasında görüşlər ABŞ, Rusiya və Avropa İttifaqı müstəvisində gedir:

” Bu danışıqlar müqavilənin tam şəkildə imzalanması demək deyil. Sadəcə iki ölkənin Xarici İşlər Nazirləri maddələr üzərində razılaşmalar edirlər. Bundan sonra dövlət başçıları tərəfindən yekun müqavilənin imzalanması proseduruna başlanıla bilər. Bu gün də ABŞ- da keçirilən görüşlərdə sadəcə bir sıra maddələrin razılaşdırılması mümkün olub. Moskvada da bu istiqamətdə görüş keçiriləcək “.

Deputat qeyd edir ki, son təxribatlar bir daha göstərir ki, ermənilər statuskvonu saxlamağa çalışır, müqavilənin imzalanmasına tələsmirlər:

” Onlar havadarları olan Fransa və digər ölkələrdən də bu istiqamətdə dəstək görürlər. Əslində Ermənistandan istifadə etməklə nüfuz davası aparırlar. Zəngəzur dəhlizi məsələsi gündəlikdədir. Ermənilər isə ciddi cəhdlə buna qayıtmaq istəmirlər. Ona görə də tez-tez Laçın yolundakı nəzarət-buraxılış məntəqəsi və Qarabağdakı separatçılarla bağlı məsələlər qaldırılır. Separatçılarla bağlı məsələ isə daxili işimizdi”.

A.Nağıyevin fikrincə, tərəflər arasında sülh sazişinin imzalanması ölkələrin xarici işlər nazirlərinin ortaya qoyacağı sənəddən asılıdır:

“Hər üç müstəvidə tərəflər müqavilənin imzalanmasında maraqlı olmalıdır. Çünki bu regionda sülhün bərqərar olmasıdır. Regionda sülhün əldə edilməsi beynəlxalq səviyyədə sülhün yaranmasına səbəb olacaq. Ermənilərə təzyiq və təsir mexanizmi daha ciddi işləməlidir “.

//Safura Bənnayeva, Editor.az