“Erməniləri bu cür təxribatlara cəlb edən xarici güclər var”-AÇIQLAMAbackend

“Erməniləri bu cür təxribatlara cəlb edən xarici güclər var”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vaşinqton və Brüssel görüşlərinin ardınca Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan etməsindən sonra belə təxribatların baş verməsi gözlənilən idi”.

Bu fikirləri Editor.az-a politoloq Elçin Mirzəbəyli erməni sosial şəbəkələrində ölkəmizə qarşı təbliğat üçün Azərbaycan ordusuna məxsus hərbi formalardan istifadə edərək Qarabağ erməniləri arasında təlaş yaradıldığı əks olunan video görüntülərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir gün öncə Moskvada verdiyi açıqlamalardan da Rusiyanın Vaşinqton və Brüssel platformalarında baş verən irəliləyişlərdən razı qalmadığı aydın görünür:

“Həmçinin KTMT-nin Azərbaycan-Ermənistan şərti sərhədlərinə yerləşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlər də bunu deməyə əsas verir ki, baş verən təxribatlar təkcə rəsmi İrəvanadakı revanşist qüvvələrin deyil, eyni zamanda ənənəvi olaraq etnik qarşıdurmalardan öz mənafeyi üçün istifadə edən Rusiyanın da maraqlarına uyğundur. Ərazilərimizdə pilotsuz uçuş aparatlarından istifadə etməklə baş tutan təxribatlar da sübuta yetirir ki, prosesdə maraqlı digər qüvvələr də var. Azərbaycan ordusunun hərbi geyimindən istifadə edərək erməni əhali arasında təlaş yaratmaq ənənəsi daha çox Rusiyanın strategiyasına uyğundur. Keçmiş KQB-dən qalma təxribatçı davranışlar Kremlin siyasətinin mahiyyətini biruzə verir”.

Politoloq qeyd edir ki, təxribatlarla bağlı ən yaxşı çıxış yolu Ermənistan müvafiq strukturları ilə Azərbaycanın ayrı-ayrı qurumlarının birbaşa təmasa keçməsi və bu təxribatların qarşısının alınması üçün koordinasiyalı davranışlar sərgiləməsidir:

“Əgər bu proseslərin arxasında rəsmi İrəvan dayanmırsa və oradakı xarici qüvvələrin tör-töküntüləri bunu həyata keçirirsə,Ermənistan bu halların qarşısının alınmasında maraqlı olmalıdır. Digər tərəfdən rəsmi İrəvan həmin istiqamətdə təmaslardan qaçarsa, Azərbaycan adekvat davranışlar həyata keçirməlidir “.

//Safura Bənnayeva, Editor.az