“Erməniləri özlərinə bir addım  yaxın hesab edirlər”-Tural Abbaslıdan AÇIQLAMAbackend

“Erməniləri özlərinə bir addım daha yaxın hesab edirlər”-Tural Abbaslıdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ER Ombudsmanı Kristinne Qriqoryan erməni hərbi əsirlərin Azərbaycan hərbçiləri tərəfindən öldürülməsinə dair yeni video yayıldığı ilə bağlı bəyanat yayıb.

Bunun qarşılığında isə Beynəlxalq ictimaiyyəti Azərbaycanda lazımı surətdə araşdırma aparmağa, cavabsız qalmamağa səsləyib. Bununla yanaşı Avropa Şurasının baş katibi də Azərbaycan XİN-ə müraciət edib video ilə bağlı ətraflı məlumat istəyib.

Maraqlıdır, Avropa Birliyinin Azərbaycanın tarix boyu məruz qaldığı soyqırımlara susduğu halda indi belə əl-ayağa düşməsinin səbəbi nədir? Baş katib bu prinsipiallığı bugünlərdə Edilli kəndində tapılan toplu məzarlıqla bağlı niyə göstərmir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Ağ Partiya başqanı Tural Abbaslı bildirib ki, 30 ildir biz bu hadisələrlə üzləşirik:

“Azərbaycanda Ermənistan tərəfindən baş verən insan haqları pozuntuları, kütləvi qətliam, torpaqların işğalı, burada yerləşən tarixi abidələrin dağıdılması məsələlərini 30 il ərzində heç vaxt dünya ictimai birliyinin diqqətini cəlb etməyib. Bu da müxtəlif səbəblərdən qaynaqlanır. Əsas səbəb isə  din məsələsidir. Dünyada hegemon olan ölkələrdən çoxu xristiandır. Azərbaycan isə müsəlman dövlətidir. Həmin dövlətlər xristian Ermənistan ilə müsəlman Azərbaycan arasında seçim etdikdə erməniləri özlərinə bir addım yaxın hesab edirlər”.

Tural Abbaslı qeyd edir ki, ikinci səbəb  erməni lobbisinin Azərbaycan diasporasından daha ciddi işləməsi və bu illər ərzində Ermənistan maraqlarını beynəlxalq ictimaiyyətdə qorunması istiqamətində daha çox iş görməsindən qaynaqlanır:

“Əslində ermənilər daha əvvəldən dünyada lobbiçilik fəaliyyəti ilə məşğul olub və onların 100 ildən artıq ənənələri var. Azərbaycan da 30 il ərzində müəyyən irəliləyiş əldə edə bilərdi. Amma görürük ki, bu istiqamətdə heç bir irəliləyiş əldə edilməyib. 90 faizdən 10 faizə beynəlxalq ictimaiyyət Ermənistanın xeyirinədir.  Bizdə bu istiqamətdə addımlar atılmır. Atılan addımlar da zəifdir.  Görünən də odur ki, bu günə qədər bu istiqamətə xərclənən maliyyə ya mənimsənilib, ya da doğru yöndə sərf edilməyib ki, bu gün Azərbaycan istər Avropa Şurasında, Avropa İttifaqında, istərsə də Amerika kimi strateji ölkələrdə təklənmiş şəkildə qalıb. Ermənistanın qanunsuz tikdiyi kilsənin divarından bir daş düşəndə bütün dünya Azərbaycana qarşı qalxır. Amma Azərbaycan yerlə yeksan olunmuş kəndləri, şəhərləri barəsində dünya ictimaiyyətinə mövqeyini bildirə bilmir. Ona görə də Edillidə tapılmış kütləvi məzarlıq, 4 minə yaxın itkinin taleyi, mina xəritələri yenə də dünya ictimaiyyətinin mövqeyini Azərbaycana yönləndirə bilmir. Biz bu işi yenidən qura bilməsək, beynəlxalq aləmlə işləmək konsepsiyamıza yenidən baxmasaq, hər zaman belə haqsız təzyiqlərə məruz qalacağıq. Xarici siyasətimiz dəyişməlidir”.
 
//Safura Bənnayeva, Editor.az