Erməniləri sevindirən Zatulinə tərs şilləbackend

Erməniləri sevindirən Zatulinə tərs şillə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dövlət Dumasının MDB məsələləri komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin bəyan edib ki, Rusiya Dağlıq Qarabağda hərbi əməliyyat keçirə bilər: “Bunun üç forması var: Ermənistanın hərbi potensialının nümayişkaranə şəkildə gücləndirilməsi, Ermənistan ərazisinin müdafiə olunması üçün KTMT-yə müvafiq müraciətdən sonra desant əməliyyatının keçirilməsi və Ermənistanın məruz qaldığı hava blokadasının yarılması”.

Milli.Az bildirir ki, Zatulinin bu sərsəm açıqlaması erməniləri ekstaza gətirmişdi. Bu gün səhər saatlarından etibarən Ermənistan mediası və erməni bloqerlər bayram edirdilər. Ki, “Urra, rus hərbçilər Qarabağa girəcək”.

Amma bu vakxanaliya çox çəkmədi.

Rusiya Dövlət Dumasının müdafiə məsələləri komitəsinin sədr müavini Andrey Krasov deyib: “Konstantin Zatulinin nə Dövlət Dumasının, nə də müdafiə məsələləri komitəsinin rəsmi mövqelərinə heç bir dəxli olmayan belə şərh verməyə səlahiyyəti yoxdur.

Hazırda Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiyanın Silahlı Qüvvələrinin hər hansı formada istifadəsi nəzərdə tutulmayıb. Dövlət Dumasının mövqeyi yalnız sədr, ya da onun tapşırığı ilə müavinləri və ya profil komitəsi bəyan edə bilər”.

Yəni Zatulinə tərs qapaz vuruldu ki, sərsəm açıqlamalar verib boşboğazlıq etməsin.