“Ermənilərin açıq şəkildə silahlandırılmasının bir neçə səbəbi var”-Deputatdan AÇIQLAMAbackend

“Ermənilərin açıq şəkildə silahlandırılmasının bir neçə səbəbi var”-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır”.Bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski bildirib. Rusiya sülhməramlıları öz fəaliyyətlərinin əleyhinə mövqe tutaraq erməni seperatçıları silahlandırmasına Azərbaycan necə cavab verəcək?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, BMT-nin mandatına uyğun olaraq sülhməramlıların əsas funksiyası tərəflər arasında münaqişəni sakitləşdirmək üçün addımlar atmaqdır:

“Əsas məsələ ondan ibarətdir ki, əgər onların özlərinə qarşı hər hansı təhdid yaranarsa, silah işlədə bilərlər. Lakin son vaxtlar ümumiyyətlə sülhməramlı qüvvələr haqqında bir çox xoşagəlməz hallar baş verir. Ermənistan və digər qüvvələrdən  gələn silahların özlərinə aid olduğunu bildirərək separatçılara verməklə yardım edirlər. Bununla bağlı Azərbaycanın xüsusi xidmət orqanları məlumatı ictimaiyyətə çatdırır.  İkinci məqam isə ondan ibarətdir ki, Ruben Vardaryanın Qarabağa gəlişindən sonra bu proses daha da geniş vüsət alıb. Bunun qarşısını almaq üçün Azərbaycanın  Rusiyanı sülhməramlıların fəaliyyəti ilə bağlı məlumatlandırmaq səlahiyyəti var. Belə davam edərsə Azərbaycan antiterror əməliyyatlarını həyata keçirə bilər”.

Deputatın fikrincə, tərəflər arasında baş tutan bütün görüşlərdə əsas nəticə bundan ibarətdir ki, Azərbaycan ərazisindən qeyri-qanuni silahlı dəstələr tərk-silah edilib çıxarılmalıdır: “Amma bu şərtlər yerinə yetirilmir. Azərbaycan beynəlxalq hüquqa zidd olmayaraq əməliyyatlar həyata keçirməlidir. Bu da regionda yenidən hərbi əməliyyatların yenilənməsinə səbəb ola bilər. Həm Rusiya, həm də Ermənistan 10 noyabr sazişinə, sülhməramlı qüvvələrin mandatına uyğun olaraq hərəkət etməli və nəticə çıxartmalıdırlar”.

//Safura Bənnayeva, Editor.az