“Ermənilərin göndərdiyi videomüraciətlər Ermənistanın yeni oyunudur”- Tural Abbaslıbackend

“Ermənilərin göndərdiyi videomüraciətlər Ermənistanın yeni oyunudur”- Tural Abbaslı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan vətəndaşlarının Azərbaycan dövlətinə videomüraciət edərək Azərbaycan vətəndaşlığını qəbul etmək istəyi məsələsində ermənilərin istər adi vətəndaşının, istərsə də siyasətçilərinin səmimiyyətinə inanmıram. Ermənilər xəyanətkar bir millət olduğunu və heç bir razılığa əməl etmədiklərini tarix boyu sübut ediblər. 100 il bundan qabaq da bizə qarşı mart soyqırımını törətmişdilər. Buna baxmayaraq yenə də Hayıstan-Azərbaycan dostluğundan dəm vuruldu və 1989-cu ildə yenidən ermənilərin Qarabağdakı işğalçı siyasəti, Xocalıdakı vəhşilikləri və Bakı şəhərində törətdikləri terror aktlarını heç kim unutmayıb”.

Bu fikirləri Editor.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı deyib.

O bildirib ki, bütün bu müraciətlər Ermənistanın növbəti oyunudur: “ Belə göstərmək istəyirlər ki,  guya erməni milləti sülhsevər, humanistdir hətta düşmənlə eyni ölkədə yaşamağa da razıdırlar, amma Azərbaycan müharibə istəyir, razılığa gəlmir, sülhpərəst deyil… Azərbaycan özünü kimlərəsə sevdirməyə çalışmır. Azərbaycan dövlət və millət maraqlarını öndə tutur. Bu baxımdan da belə müraciətlər ciddiyə alınmamalıdır”.

Tural Abbaslı qeyd edir: “Müharibənin ilk günlərində əsir düşən bir erməni qadını var idi. Azərbaycan əsgərlərini “evinizə xoş gəlmisiniz” deyə qarşıladı. Əsgərlərimiz həmin qadını Bakıya gətirib, Qız qalasına apardı sonra da 3-cü ölkəyə göndərdilər. Həmin qadın da 3-cü ölkəyə çatan kimi Azərbaycanın ona təziq edib, işgəncə verdiyini deyərək nağıllar danışmağa başladı. İndi kim zəmanət verə bilər ki, bu ermənilər Azərbaycanda 1-2 ay yaşayandan sonra 3-cü ölkəyə gedib Azərbaycan haqqında əsassız fikirlər səsləndirməyəcəklər? Bizim öz vətəndaşlarımız bizə bəsdir. Bu müraciətlər görməzdən gəlinməlidir”.
 
//Safura Bənnayeva, Editor.az