Ermənilərin intensiv hücumuna məruz qalan Goranboyda son vəziyyət – VİDEOREPORTAJbackend

Ermənilərin intensiv hücumuna məruz qalan Goranboyda son vəziyyət – VİDEOREPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfi mülki sakinlərə qarşı təxribatları davam etdirir.

Baku TV-nin cəbhə xəttinə ezam olunmuş müxbiri xəbər verir ki, düşmən Goranboy sakinlərini hədəfə alır.

İstifadəsi qadağan olunmuş silahlardan istifadə edən Ermənistan ordusu yaşayış evlərinə ziyan vurub. Ötən gün Ermənistan tərəfinin atəşləri nəticəsində bir nəfər mülki sakin həyatını itirib. Goranboyun cəbhəyanı kəndlərində yerləşən bir sıra məktəblərə də ciddi ziyan dəyib.