Ermənilərin KTMT-yə münasibəti: Təşkilatın loqosu İrəvanda zibil qutularına yapışdırıldı – FOTObackend

Ermənilərin KTMT-yə münasibəti: Təşkilatın loqosu İrəvanda zibil qutularına yapışdırıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni ikiüzlülüyü növbəti dəfə özünü büruzə verib.

Oxu.Az xəbər verir ki, bir müddət əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) kömək üçün yalvaran ermənilər bu dəfə özlərinin də üzv olduqları qurumun loqosunu İrəvandakı zibil qutularına yapışdırıblar. Onlar təşkilatın Azərbaycanla sərhəd münaqişəsi zamanı Ermənistanı dəstəkləməməsindən narazı olduqlarını bildirib və mövqelərini ancaq özlərinə yaraşan bucür təhqiredici bir üsulla nümayiş etdiriblər.

Qeyd edək ki, bu, KTMT-yə qarşı Ermənistanda atılan ilk təhqiredici və alçaldıcı addım deyil. Hələ 2018-ci ildə təşkilatın baş katibi Yuri Xaçaturov Yerevanda nümayişkəranə şəklidə həbs olunmuş, sonradan girov müqabilində sərbəst buraxılmışdı.