Ermənilərin Laçın həyasızlığı: “Əgər bu Artsaxın ərazidirsə…”backend

Ermənilərin Laçın həyasızlığı: “Əgər bu Artsaxın ərazidirsə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın işğal ediləndən sonra ora yerləşdirilən ermənilər aksiya keçiriblər.

Editor.az xəbər verir ki, onlar Ermənistanin siyasi rəhbərliyindən Laçınla bağlı məsələyə aydınlıq gətirlməsini tələb edirlər.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin Qarabağda müharibənin dayandırılması ilə bağlı birgə imzaladıqları bəyanata uyğun olaraq dekabrın 1-də Laçın Azərbaycanın nəzarətinə keçib.

Ermənistan ciddi-cəhdlə şəhərin mərkəzini əldə saxlamağa çalışsalar da, rəsmi Bakının israrı nəticəsində bu baş tutmayıb.

Aksiyanın fəallarında olan Nelli Tatosyan jurnalistlərə bildirib ki, əgər Laçının mərkəzi ermənilərin nəzarətində deyilsə, o zaman “Dağlıq Qarabağ Respublikası”nın qalan əraziləri üçün daha ciddi problemlər yarana bilər.

“Əgər Berdzor (ermənilər Laçın şəhərini belə adlandırırlar)” ermənilərindirsə, o zaman niyə bunu açıqlamırlar. Əgər bu Artsaxın ərazidirsə, o zaman təhlükəsizliyinə zəmanıt verilməlidir. Orada infrastruktur bərpa edilməlidir ki, sakinlər evlərinə qayıtsınlar”, – deyə aksiya iştirakçısı əlavə edib.

Laçında köçürülən ermənilərin sözlərinə görə, bu məsələ ilə bağlı rəsmi cavablar ziddiyyətlidir.

“Mən orada noyabrın 30-u saat 18.21-də çıxmışam. Məndə belə rəy yarandı ki, ora ermənilər də qalmayacaq. İnsanlara o qədər qeyri-müəyyən cavablar verirdilər ki, onlar hətta qapı və pəncərələrini söküb apardılar. Bəziləri isə sökməyə imkan tapa bilmədilər, çünki onların evləri artıq talanmışdı.

Əgər səndən 2 kilometr sağda və solda düşmən yaşayırsa, hətta neytral zona yoxdursa, deməli, orada yaşamaq təhlükəlidir”, – deyə aksiya iştirakçıları bildirib.

 

Loading...