Ermənilərin “Nensi nənə”si gedirbackend

Ermənilərin “Nensi nənə”si gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinə keçirilən aralıq seçkilərində Respublikaçılar Nümayəndələr Palatasında Demokratlar üzərində qələbə qazanıblar.

Editor.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Respublikaçılar Partiyası 218 yerlik baryeri keçə bilib. Qeyd olunur ki, Respublikaçıların Nümayəndələr Palatasındakı qələbəsi 2023-cü ilin yanvarında demokrat Nensi Pelosinin spikerlik müddətinə son qoyacaq. O, bu vəzifəni iki müddət ərzində tutub.

Eyni zamanda, nəşr ABŞ-ın sabiq prezidenti Donald Trampın ideologiyasının palataya qayıdacağını proqnozlaşdırır. Respublikaçıların rəhbərlik etdiyi yeni Nümayəndələr Palatası Baydenin səlahiyyət müddəti bitməzdən əvvəl Ağ Evin həyatını çətinləşdirəcəyinə əmindir. Çünki Bayden seçkilərdən əvvəl demokratların palatada çoxluğu itirməsi işləri “daha da çətinləşdirəcəyini” demişdi.

  //Samir Qurbanov,Editor.az