Ermənilərin qadağan olunmuş “Bakı” romanı birinci yerə çıxdıbackend

Ermənilərin qadağan olunmuş “Bakı” romanı birinci yerə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vahan Totoventsin (1893—1938) qadağan olunmuş “Bakı” romanı Armenpressin sorğusuna görə 1-ci yerə layiq görülüb. Editor.az xəbər verir ki, Vahan Totovents 90 il əvvəl məhz  “Bakı” romanına görə güllələnmə ilə edama məhkum edilmişdi. Onun bu kitabını “Daşnaq Nəcisi” adlandırmışdılar. Nəhayət bu il kitab oxuculara yenidən təqdim edildi.

Qeyd edək ki, kitab başdan sona qədər Azərbaycana nifrət hissləri aşılayır. Kitabda bir dəfə də olsun “Azərbaycan” sözü keçmir. Romanda daha çox nifrətin səbəbi isə yerlə əhalinin türk olmasıdır.

Erməni müəllifin “Bakı” romanında Bakını sanki ermənilər idarə edirlər. Roman 600 səhifədən ibarətdir. Əvvəllər kitaba sadəcə Ermənistanın Milli Kitabxanasında və ancaq yerində oxumaq şərti ilə icazə verilirmiş.

//Müşfiq, Editor.az