“Ermənilərin reaksiyaları göstərir ki, onlar separatçılıq meyillərindən uzaqlaşa bilmirlər” – ŞƏRH + FOTObackend

“Ermənilərin reaksiyaları göstərir ki, onlar separatçılıq meyillərindən uzaqlaşa bilmirlər” – ŞƏRH + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan tərəfi yenidən konstruktiv mövqe nümayiş etdirərək, Qarabağda yaşayan ermənilərin nümayəndələrini reinteqrasiya və infrastruktur məsələləri ətrafında müzakirə aparmaq üçün ikinci dəfə Bakıya dəvət etdi. Lakin erməni tərəfi öz ənənəsinə sadiq qalaraq bu təklifi də cavabsız qoydu. Bu, həm Ermənistanın, həm də Qarabağda yaşayan ermənilərin gündəlikdə olan məsələlərə, təmasların inkişafına  qeyri-konstruktiv münasibətini nümayiş etdirməklə yanaşı, mövcud vəziyyətdən nəticə çıxarmadıqlarını da göstərir.

Məsələ ilə əlaqədar Oxu.Az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu diqqətə çatdırıb ki, Prezident İlham Əliyev dəfələrlə Azərbaycan ərazisində yaşayan ermənilərin təhlükəsizliyinin öz daxili işimiz olduğunu nəzərə çatdırıb. Ölkəmiz bunu heç kimlə müzakirə etmək fikrində deyil:

“Biz həmişə təklif etmişik ki, Azərbaycan ərazisindəki ermənilər Azərbaycan qanunlarına tabe olaraq, Konstitusiyamız altında mövcudluqlarını tam təhlükəsiz şəkildə davam etdirə bilərlər. Təbii ki, biz səsləndirdiyimiz mövqeyimizə uyğun praktiki addımlar atmalı olduğumuzu da sübut etdik. Xocalı şəhərində ermənilərin nümayəndələri ilə Azərbaycan tərəfi arasında görüş keçirildi. Bundan sonra iki dəfə belə görüşün Bakıda təşkil olunması təşəbbüsü irəli sürüldü.

Hər şeydən öncə, Azərbaycan tərəfinin belə təklif irəli sürməsi, hesab edirəm ki, dünyaya sülhsevər və xoşniyyətli olduğumuzu sübut etdi. Dəfələrlə qeyd etmişik ki, bütün dünyanın bu haqda aydın təsəvvürləri mövcuddur. Ölkəmizdə bütün xalqların nümayəndələri dinc şəkildə yaşayırlar. Eyni zamanda ermənilərin reinteqrasiyası prosesinin Azərbaycan tərəfindən şərtləndirmək iradəsi də nümayiş etdirilib. İstəyimiz odur ki, ölkəmizin daxilində yaşayan ermənilər öz mövcudluqlarını Azərbaycanın qanunlarına tabe olaraq davam etdirsinlər. Bu həm də bütün ərazilərimiz boyunca suverenliyimizin tam təmin edilməsi olacaq”.