Ermənilərin təhqirlərinə cəsarətlə cavab verən yaralı azərbaycanlı sağdırmı? – VİDEObackend

Ermənilərin təhqirlərinə cəsarətlə cavab verən yaralı azərbaycanlı sağdırmı? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisi hərbi əsirlər Amin Musayev və Bayram Kərimov barədə hər hansı bir informasiya təqdim etməkdən imtina edib.

Nümayəndəliyin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Oxu.Az-a açıqlamasında hərbi əsirlərin yerləri barədə heç nə deyə bilməyəcəyini bildirib.

Onun sözlərinə görə, sözügedən şəxslərlə bağlı bütün informasiya yalnız onların ailə üzvlərinə veriləcək.

Xatırladaq ki, Noyabrın 12-də “ANNA News” “YouTube” kanalında azərbaycanlı əsirə (Amin) rus jurnalisti tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb. Həmin video erməni tərəfinin humanizm nümunəsi kimi qələmə verilsə də, sonradan ermənilərin hərbçimizə işgəncə verməsinə dair video da ortaya çıxıb.

Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini Çingiz Əsgərov əsir düşən hərbçilərimizlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ünvanlayıb.