Ermənilərin Tərtəri yenidən atəşə tutması nəticəsində bir mülki şəxs yaralanıbbackend

Ermənilərin Tərtəri yenidən atəşə tutması nəticəsində bir mülki şəxs yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu növbəti dəfə atəşə tutmaqda davam edir.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Oktyabrın 19-u səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya vasitəsi ilə rayonun ətraf kəndlərinə atəş açır.

Düşmən tərəfindən yenidən atılan top mərmisi rayonun Ələsgərli kəndinə düşüb. Nəticədə 1962-ci il təvəllüdlü mülki sakin yaralanıb və xəstəxanaya yerləşdirilib.