Ermənilərin Xocavənddə Qaregin Njdeyə qoyduqları heykəl götürüldübackend

Ermənilərin Xocavənddə Qaregin Njdeyə qoyduqları heykəl götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni nasist Qaregin Njdenin Azərbaycanın Xocavənd şəhərində yeni qoyulan heykəli götürülüb.

Pravda.az xəbər verir ki, bunu müstəqil deputat Sofya Ovsepyan bildirib.

“Abidə dəqiq sökülüb və Tarix Muzeyinə daşınıb”, – o vurğulayıb.

Erməni sosial şəbəkə istifadəçiləri yazırlar ki, abidə Azərbaycan və Türkiyə tərəfinin təkidli tələbləri ilə yığışdırılıb.

Qeyd edək ki, sentyabrın 27-də Qarabağda başladılan “Dəmir yumruq” əməliyyatı nəticəsində Xocavənd rayonunun böyük hissəsi erməni işğalından azad olunub. Rayon mərkəzi hazırda ermənilərin və Rusiya sülhməramlılarının nəzarəti altındadır. Noyabrın 10-da əldə olunan atəşkəs razılaşmasından sonra ermənilər Xocavənd şəhərində Qaregin Njdenin abidənin açılışını etmişdilər.