ABŞ senatoru Robert Menendez və həyat yoldaşı Nadine rüşvət işi üzrə ədalət mühakiməsinə mane olmaqda ittiham edilib.
Editor.az xəbər verir ki. bu barədə “The New York Times” Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsinin yenilənmiş rəyinə istinadən məlumat yayıb.
Nəticədə senatora qarşı artıq 18 ittiham var. Bu iş üzrə məhkəmə iclası mayın 6-na təyin edilib. Yeni ittihamlar irəli sürülməzdən bir müddət əvvəl iş üzrə təqsirləndirilən şəxslərdən biri, Nyu Cersidən olan iş adamı Xose Uribe günahını etiraf edib və istintaqla əməkdaşlığa razılaşıb. NBC News-un məlumatına görə, yeni ittihamın əks olunduğu sənəddə 2022-ci ildə Nadine Menendez və Xose Uribe arasında görüşdən bəhs olunur.
Bu zaman məhkəmə ondan alınan və istintaqın rüşvət hesab etdiyi vəsaitləri izah etməyi tələb edib. Məhkəmə materiallarına görə, iclasda senatorun həyat yoldaşı iş adamından məhkəməyə bu ödənişləri necə əsaslandıracağını soruşub. O isə pulun “pul alındığını” deyəcəyinə söz verib. “Bu, yaxşı səslənir” – deyə xanım Menendez cavab verib.
//Samir Qurbanov, Editor.az

