Erməni maraqlarına lobbiçilik edən bədnam amerikalı senator Bob Menendes yenidən müttəhimlər kürsüsünə düşə bilər.
Editor.az bildirir ki, ABŞ prokurorluğu ona qarşı yeni ittihamlar irəli sürüb. İstintaq siyasətçinin Misirin maraqlarından çıxış edərək məxfi məlumat verdiyi qənatindir. Bundan əvvəl Menendes və onun erməni millətindən olan həyat yoldaşı rüşvət almaqda ittiham olunurdular.
O, dəfələrlə ABŞ Konqresində dinləmələr keçirmək təşəbbüsü ilə çıxış edib və bu dinləmələrdə Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edib. Buna cavab olaraq Azərbaycan hakimiyyəti senatoru erməni diasporunun nümayəndələrindən pul almaqda və siyasi sifarişi həyata keçirməkdə ittiham edib.
//Samir Qurbanov, Editor.az

