Ermənistan parlamentinin üzvü Ovik Ağazaryan bilərəkdən dövlət sirrini açıqlayıb.
Editor.az xəbər verir ki, bunu Milli Assambleyanın spikeri Alen Simonyan bildirib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasının üzvlərinə Azərbaycan prezidenti İlham Əliyevlə apardığı danışıqların məxfi təfərrüatlarını açıqlayıb.
Ağazaryan isə sirri saxlamaq əvəzinə, bunu ictimailəşdirib. Ermənistan parlamentinin sədri etiraf edib ki, onlar bir ildən artıqdır ki, məxfi məlumatların sızmasının səbəbini tapmağa çalışırlar. Siyasətçi aydınlaşdırıb ki, belə hadisələr Ermənistan-Azərbaycan danışıqlarının pozulmasına, İrəvanla Bakı arasında münasibətlərdə gərginliyə səbəb olub. “Ağazaryan Paşinyanın tələbi ilə mandatından imtina etsə belə, məsuliyyətdən yayına bilməyəcək”, – Simonyan deyib.
//Samir Qurbanov, Editor.az