Ermənistan 2024-cü il fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) 124-cü üzvü olacaq.
Editor.az xəbər verir ki, bu barədə məhkəmənin press-relizində deyilir. Noyabrın 14-də Ermənistan Roma Statutunun ratifikasiya sənədlərini BCM-ə təhvil verib. ICC-nin bəyanatına görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabr ayında ölkə parlamentinin məhkəmənin 2021-ci il mayın 10-na qədər geriyə fəaliyyət hüququnu qəbul etdiyini bildirmişdi.
Ermənistan 1999-cu ildə Roma Statutunu imzalasa da, onu ratifikasiya etməmişdi. 2022-ci ilin sonunda hökumət Ermənistan Konstitusiya Məhkəməsindən Azərbaycanın Dağlıq Qarabağdakı hərəkətlərini mühakimə etmək üçün BCM-nin yurisdiksiyasını tanımasını xahiş edib.
Xatırladaq ki, BCM-nin İstintaq Palatası mart ayında Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.
Roma Statutunu ratifikasiya etmiş dövlətlər qərarı icra etməyə borcludurlar. Kreml ratifikasiya qərarını yanlış adlandırıb. Oktyabrda Ermənistan Rusiyaya Roma Statutunun tələblərindən yan keçmək üçün saziş təklif edib ki, ratifikasiya ölkələrin münasibətlərinə təsir göstərməsin.
//Samir Qurbanov, Editor.az

