Ermənistan-ABŞ hərbi təlimləri regionda sabitliyə zərər verir – Dmitri Peskovbackend

Ermənistan-ABŞ hərbi təlimləri regionda sabitliyə zərər verir – Dmitri Peskov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və ABŞ arasında təlimlərin keçirilməsi regionda vəziyyətin sabitləşməsinə kömək etmir.

Editor.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, “bu vəziyyətdə, təbii ki, belə təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə, hər halda, regionda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə kömək etmir”.

Moskvanın rəsmi nümayəndəsi Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın regionda vəziyyətin pisləşməsi, eləcə də Ermənistan və ABŞ-ın gələn həftə birgə təlimlər keçirməyi planlaşdırması ilə bağlı sözlərini belə şərh edib.

Eyni zamanda, Peskov vurğulayıb ki, Rusiya hakimiyyəti Bakı və İrəvanla konstruktiv işləməyə davam edir.

//Samir Qurbanov, Editor.az