“Ermənistan ABŞ-ın vasitəçiliyini sabotaj edir”-AÇIQLAMAbackend

“Ermənistan ABŞ-ın vasitəçiliyini sabotaj edir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Dövlət katibi Antoni Blinkenin prezident İlham Əliyevə telefon zəngi son günlər baş verən proseslərlə bağlıdır”.

Bu fikirləri Editor.az-a politoloq Məhəmməd Əsədullazadə ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Amerikanın Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstək göstərdiyi ilə bağlı səsləndirdiyi fikirlərə və son vaxtlar Ermənistanın ölkəmizə qarşı artan təxribatları fonunda ABŞ-ın sülh istiqamətində bu qəbildən yanaşmalarının nə dərəcədə effektiv olacağı ilə əlaqəli qiymətləndirmələr apararkən deyib.

Onun sözlərinə görə, Ermənistanın “humanitar yük” şousundan sonra Blinken Azərbaycanın mövqeyini bir daha yaxından dinləmək məqsədilə prezident İlham Əliyevə zəng edib: “Ölkə başçısı da rəsmi Bakının ədalətli möveyini diqqətə çatdırdı. Xüsusilə Azərbaycanın təklif etdiyi alternativ marşrut Ağdam-Xankəndi yolunu da Blinken dəstəkləmiş oldu. Proseslərin heç də Ermənistanın istədiyi kimi davam etməyəcəyini, həmçinin Qarabağdakı erməni silahlı birləşmələrinin çıxarılmasının əhəmiyyəti xüsusi olaraq nəzərə çatdırılıb. Ümumiyyətlə, ABŞ-ın vasitəçiliyi obyektiv və Azərbaycanın irəli sürdüyü şərtlər daxilindədir. Çünki bu ümumi sülhə töhfə verir. Ermənistan ABŞ-ın regionda sülh vasitəçiliyini sabotaj edir “.

//Safura Bənnayeva, Editor.az