Ermənistan ağılsız siyasət həyat keçirir-Deputatdan AÇIQLAMA  backend

Ermənistan ağılsız siyasət həyat keçirir-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni silahlı qüvvələri Qarabağda, Azərbaycan-Ermənistan sərhəddində atəşkəs rejimini pozur. Bu da onların ağılsız siyasət yürütdüyündən xəbər verir.”

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib. Onun sözlərinə görə, ilk Nikol Paşinyan və komandası, eləcə də xaricdəki havadarları sülh sazişini imzalamamaq üçün vaxt uzatmaq məqsədi güdürlər:

“Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə qanunsuz erməni seperatçıları Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqla hərbiçilərimizi təxribata çəkmək, sonra isə bütün dünyaya güya Azərbaycan əsgərlərinin onlara qarşı silahlı hücum həyata keçirdiyini göstərmək istəyirlər. Ermənistanın bu məkirli niyyətini dövlətimiz çox yaxşı başa düşür. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın səbri tükənməz deyil.

Azərbaycan ordusu Ali Baş Komandanın göstərişi ilə lazımi məqamda 2020-ci ildə olduğu kimi ağır cavab verə bilər. Hansı addımın nə vaxt atılacağını yalnız ölkə başçısı bilir. Ermənilər özlərinə tanınan son şansdan istifadə etməlidir. Azərbaycanla sülh sazişini tezliklə imzalamalıdırlar. Əks halda Ermənistan dövlətinin gələcəyi haqqında düşünmək belə olmaz”.

//Safura Bənnayeva,Editor.az