Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İsveçrəyə səfər edəcək.
Editor.az xəbər verir ki, bu barədə departamentin mətbuat xidməti məlumat yayıb. Paşinyanın “sol əli” Ukrayna prezidenti Volodimir Zelenskinin yanvarın 14-də keçirilməsi planlaşdırılan “sülh formulu” ilə bağlı iclasda iştirak edəcək.
Ermənistan Təhlükəsizlik Şurası başqa heç bir təfərrüat vermir.
Qeyd edək ki, daha əvvəl İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskalya Kristin Berisvil Davosda Zelenskinin “sülh formulu” ilə bağlı görüşün keçiriləcəyini bildirmişdi.
//Samir Qurbanov, Editor.az

