Ermənistan aqressiya göstərməkdə davam edir: Rəsmi Bakı nə cavab verəcək?-AÇIQLAMAbackend

Ermənistan aqressiya göstərməkdə davam edir: Rəsmi Bakı nə cavab verəcək?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox təəssüf ki, Ermənistan hələ də reallıqları tam olaraq dərk etmir. Azərbaycanın sülh çağırışlarını düzgün dəyərləndirmir. Vaxt udmaq, növbəti təxribatlar törətmək və rəsmi Bakıdan qisas almaq fikrindədirlər”.

Bu fikirləri Editor.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev Ermənistanın son günlərdə Kəlbəcər istiqamətində mövqelərimizi intensiv atəşə tutub, kəşfiyyat-diversiya qrupu göndərməsinə, eyni zamanda, BMT TŞ-da gözlədikləri nəticəni əldə edə bilməmələri fonunda daha da aqressiv addımlar atıb-atmayacağı ilə bağlı sullarımızı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanın bütün maneələrini və təxribatlarını öncədən görə bilir:

“Azərbaycanın gücü də bundadır. Dəfələrlə beynəlxalq təşkilatlara Ermənistanın sürətli şəkildə silahlandığını bildirib. Rəsmi İrəvan dəfələrlə atəşkəsi pozub, dezinformasiyalarla Bakıya qarşı təzyiq mexanizmləri yaratmaq niyyətini ortaya qoyub. BMT TŞ-da Ermınistanın qarşılaşdığı vəziyyətdən hələ də düzgün nəticə çıxarda bilməyiblər. İndi də hansısa ümidlərlə yaşayırlar. Şərti Azərbaycan-Ermənistan sərhədlərinə ağır texnikalar, silah-sursat toplayırlar. Bu isə Ermənistanın və Qarabağda məskunlaşmış separatçıların təxribata hazırlaşmağına bir işarədir. Növbəti uğursuzluq onları daha da aqressivləşdirir. Nəyin hesabına olursa olsun, Azərbaycana qarşı növbəti təxribatı törətmək niyyətindədirlər. Ümid edirik ki, beynəlxalq ictimaiyyət Ermənistana təzyiqlərini artıracaq. Rəsmi İrəvan da sonuncu məğlubiyyətindən dərs çıxardıb Azərbaycanla sülh masasına qayıdaraq məsələnin yeganə həlli yolunun bu olduğunu anlayacaq”.

//Safura Bənnayeva, Editor.az