Ermənistan artıq reallıqla barışıb?- Bəyanatlardan məlum olur ki…backend

Ermənistan artıq reallıqla barışıb?– Bəyanatlardan məlum olur ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son dövrlərdə müşahidə edirik ki, Ermənistanda ictimai-siyasi vəziyyətin kifayət qədər gərginləşməsi fonunda keçmiş liderləri də dilə gəlib müxtəlif açıqlamalar yayırlar”.

Bu sözləri Editor.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Ermənistanın ilk prezidenti Levon Petrosyanın açıqlaması da böyük rezonans doğurmuşdu:

“Burada sülh müqaviləsinin imzalanmasına çağırışlar edilir və digər tərəfdən isə Nikol Paşinyana dəstək xarakteri daşıyırdı. Qarabağ planının əsas siması və Nikol Paşinyana qarşı müxalifətin başında duran Köçəryan mətbuat konfransında Qarabağ mövzusuna toxunub və Qarabağın Azərbaycandan asılılığı artırdığını qeyd edib. Bu tamamilə reallığı əks etdirən fikirlərdir”.

Politoloq qeyd edir ki, beynəlxalq hüquq, nəqliyyat baxımından Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir:

“Qarabağda olan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesi ilə bağlı da rəsmi Bakı tərəfindən prinsipial addımlar atılır. Eyni zamanda, ərazidə müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilib və əsas məsələ sülhün dayanıqlığının artırılması, atəşkəs rejiminin qorunmasıdır. Gələcək dövrlərdə də sosial-iqtisadi layihələrlə qarşıya qoyulan  hədəflərə çatmaq olar. Danışıqlar prosesində isə Qarabağ mövzusu müzakirə olunmur. Çünki bu məsələ artıq böyük ölçüdə həll olunub. Sərhədlərin delimitasiyası və Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınıb, qəbul edilməsi Qarabağ məsələsini də ehtiva edir. Bununla da artıq heç bir şübhə qalmır ki, Ermənistan siyasi rəhbərliyi bu məsələlərlə razılaşsın. Ermənistanın eks-liderləri də bu reallıqları görüb bəyanatlar verirlər”.

//Safura Bənnayeva, Editor.az