Ermənistan ATƏŞKƏSİ pozmaqda davam edir: “Təxribatlar davam edərsə, onları susdurmalı olacağıq”backend

Ermənistan ATƏŞKƏSİ pozmaqda davam edir: “Təxribatlar davam edərsə, onları susdurmalı olacağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hakimiyyəti müstəqil qərar qəbul etmək iqtidarında deyil. Belə ki, uzun illər Rusiyanın diktəsi ilə idarə olunan bu dövlət indi qərbin himayəsi altına keçmək istəyir. Ermənistan maliyyə ala biləcəyi tərəflərin maraqlarına uyğun hərəkətlər edir. Bu gün İrəvan hakimiyyətinin Azərbaycanla sülh müqaviləsi ilə bağlı danışıqlarının kökündə də qərbin verdiyi tapşırıqlar dayanır”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, son vaxtlar Nikol Paşinyan sülh müqaviləsi ilə bağlı müzakirə olunan məsələləri manipulyasiya edir və öz düşüncəsi ilə dayanıqlı sülhə xidmət etməyən açıqlamalar verir:

“O cümlədən, ikinci gündür ki, Naxçıvan istiqamətində atəşkəsin pozulduğunu da görürük. Bütün bu hərəkətlər ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Ermənistana ayırdığı maddi yardımını 120 milyondan 250 milyona artırılması fonunda baş verdiyini müşahidə edirik. Burdan ancaq bir nəticə çıxartmaq olar ki, qərb Ermənistanı silahlandırır, maliyyə yardımları göndərir və atəşkəsin pozulmasını tələb edir. Paşinyan da qərbin həmin senarisinin icraçısıdır. Qərb Cənubi Qafqazda dayanıqlı sülhün olmasını istəmir. Məhz ona görə də Ermənistanın altına qoyduğu barıtını artırır və regionda vəziyyəti partlayışa getməsinə çalışır. Bu günə qədər ABŞ-ın əli olan heç bir ölkədə sabitliyin bərqərar olduğunun şahidi olmamışıq. Bu baxımdan USAİD ABŞ-ın tapşırıqlarını icra etmək üçün Ermənistana verilən maddi yardımını iki dəfə artırıb. Ermənistan ümumiyyətlə dilənən ölkədir. Belə ki, hardan onlara maliyyə gəlirsə, o istiqamətə başı üstə atılır. O cümlədən bu ölkə üçün milli maraqlar məfhumu yoxdur. Ona görə də ölkədə əhalinin azalması sürətlə davam etməkdədir”.

Millət vəkili bildirib ki, Azərbaycanın da səbirinin bir həddi var:

“Ermənistan təxribatları davam etdirərsə, biz onları susdurmalı olacağıq. Ermənistan Azərbaycanın gücündən və insanlarımızın milli vətənpərvərlik ruhundan xəbərdardır. Ona görə də ölkəmizə qarşı təxribatların həyata keçirilmə planlarından əl çəkməlidirlər. Əks halda onlara Fransanın verdiyi 5-6 sezar, hindistandan aldıqları köhnəlmiş raketlər kömək etməyəcək. Ordumuz 15 minlik təpədən dırnağa qədər silahlanmış erməni ordusunu Qarabağda 23 saatdan az bir müddətə tərksilah edə bilibsə, indi də qısa zaman kəsiyində bütün Ermənistan ordusunu  neytrallaşdırmağa qadirdir. Ermənistan hakimiyyəti Azərbaycanın gücünü nəzərə almalı və sülh müqaviləsi ilə bağlı bütün maddələri icra edərək qısa zaman kəsiyində imzalanmasına çalışmalıdır. Əks halda Ermənistan böyük faciə ilə qarşılaşa bilər”.

//Gülnarə Abasova, Editor.az