Yaxın vaxtlarda Ermənistanın “Fly Arna” aviaşirkəti heç bir uçuş həyata keçirməyəcək.
Editor.az bildirir ki, bu barədə aviadaşıyıcının açıqlamasında deyilir. Səbəb hazırda da davam edən əməliyyat dəyişiklikləri ilə əlaqədardır.
Aviaşirkət sərnişinlərə xidmətləri mümkün qədər tez bərpa etməyə çalışır” – aviaşirkətin mətbuat xidməti bildirib. Xatırladaq ki, “Fly Arna” 2021-ci ilin payızından mövcud olan Ermənistanın aşağı büdcəli aviadaşıyıcısıdır.
Aviaşirkət “Air Arabia” və Ermənistanın “Dövlət Maraqlar Fondu” tərəfindən təsis edilib.
//Samir Qurbanov, Editor.az