Ermənistan aviaşirkəti İrəvan – İstanbul – İrəvan marşrutu üzrə çarter reysləri həyata keçirəcəkbackend

Ermənistan aviaşirkəti İrəvan – İstanbul – İrəvan marşrutu üzrə çarter reysləri həyata keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın mülki aviasiyası idarəsi “Flyone Armenia” aviaşirkətinə İrəvan – İstanbul – İrəvan marşrutu üzrə çarter reysləri həyata keçirməyə icazə verib.

Bu barədə şirkətin idarə heyətinin sədri Aram Ananyan bildirib.

“Flyone Armenia” bir neçə gün əvvəl Ermənistan və Türkiyənin aviasiya qurumlarına İrəvan – İstanbul – İrəvan marşrutu üzrə çarter reyslərinin yerinə yetirilməsi üçün icazə almaq xahişi ilə müraciət edib. Müsbət cavaba görə Ermənistan aviasiya idarəsinə təşəkkür edirik”, – deyə o bəyan edib.

Şirkət indi də Türkiyə tərəfindən icazə gözləyir.

Mənbə: TASS