Ermənistan Avrasiya İqtisadi Birliyinin (AAİB) fövqəladə iclasını tələb edib – Rusiyanın hərəkətlərindən sonrabackend

Ermənistan Avrasiya İqtisadi Birliyinin (AAİB) fövqəladə iclasını tələb edib – Rusiyanın hərəkətlərindən sonra

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistan yüklərinin bir hissəsini qəbul etməkdən imtina etdikdən sonra rəsmi İrəvan Avraiya İqtisadi Birliyinin (AAİB) fövqəladə iclasını tələb edib.

Editor.az xəbər verir ki, bu açıqlama ilə respublikanın İqtisadiyyat Nazirliyinin rəhbəri Vahan Kerobyan çıxış edib. “Biz Rosselxoznadzor tərəfindən dərc edilmiş materialları götürdük və iş adamlarımızın məhsullarının Rusiya Federasiyasında mövcud standartlara nə dərəcədə uyğun olmadığını başa düşmək üçün onları öyrənirik”, – Vahan Kerobyan deyib.

O, bütün il ərzində 35, iki gün sonra isə daha 35 avtomobilin geri qaytarılmasından təəccübləndiyini bildirib. “Yeri gəlmişkən, malların keyfiyyəti dəyişməyib. Biz iki gün ərzində AAİB çərçivəsində təcili iclas çağırmışıq”, -İdarə rəisi vurğulayıb.

Nazir həmçinin erməni iş adamlarına müraciət edərək gələcəkdə oxşar problemlərlə üzləşməmək üçün tədarükləri şaxələndirməyə çalışmaq təklifi ilə çıxış edib.

//Samir Qurbanov, Editor.az