Ermənistan-Azərbaycan münaqişəsində İranın attığı addım nə qədər “səmimidir”?- ŞƏRHbackend

Ermənistan-Azərbaycan münaqişəsində İranın attığı addım nə qədər “səmimidir”?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfinin təxribatları hələ də davam edir. Ermənistan Brüssel formatını tormuzlayıb, sülh prosesindən yayınır.  Rəsmi İrəvana ciddi təzyiqlər etmək lazımdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Onun sözlərinə görə, bu prosesdə İranın müəyyən qədər neytral qalması Azərbaycan faktoruyla bağlıdır:

“Çünki Azərbaycan regionda hüquqi güclərlə, həmçinin İranla artıq diplomatik yolla danışıqlar aparıb. Mövcud reallığı İran artıq qəbul edib. Bundan əlavə şimal-cənub nəqliyyat dəhlizi üzrə bu yaxınlarda Bakıda birgə bəyanat imzalanıb. Bu istiqamətdə rəsmi Tehranın neytral qalması faktı da önəmli rol oynayır. İranın tərəfləri sülhə çağırmaqla Azərbaycan reallığını, addımlarının obyektiv olduğunu bilirdi. Çünki ona da bəllidir ki, Ermənistan sülh prosesini pozur. Reallıq ortadadır. İranın qeyri-obyektiv mövqe sərgiləməsi təbii ki, Bakı və Tehran arasında yenidən diplomatik soyuqluğa gətirə bilər. İran susqunluq nümayiş etdirsə də Ermənistana siyasi dəstək verir. Çünki Qərbi Zəngəzurda konsulluq açıb, Ermənistanla müştərək layihələr həyata keçirməyi planlaşdırır. İran Azərbaycana qarşı heç vaxt, xüsusilə də ikitərəfli münaqişələr fonunda səmimi olmayıb. Sadəcə olaraq, rəsmi Tehran reallıqla barışmalı olub”.

//Safura Bənnayeva, Editor.az