“Ermənistan Azərbaycandan müəyyən güzəştlər qoparmağa çalışır, ancaq…”- AÇIQLAMAbackend

“Ermənistan Azərbaycandan müəyyən güzəştlər qoparmağa çalışır, ancaq…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Ermənistanla Azərbaycan arasındakı sülh prosesində müəyyən irəliləyişlər var. Bu irəliləyiş isə 4 kəndin Azərbaycana geri qaytarılması ilə baş tutdu. Hesab edirəm ki, artıq tərəflər arasında siyasi iradə var ki, danışıqlar konkret olaraq üçüncü ölkənin vasitəçiliyi olmadan müsbət istiqamətdə davam etsin”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında danışıqlarda xəritə məsələsində müəyyən dərəcədə fikir ayrılıqları mövcuddur:

“Azərbaycan Kalininqrad variantını Ermənistana təklif edir. İrəvan isə müəyyən güzəştlər qoparmağa çalışır. Ancaq axır-əvvəl Ermənistan da Azərbaycanın təklif etdiyi variantla razılaşacaq. Sərhədlərin delimitasiya və demakrasiya prosesi Qazax- Tavuş istiqamətində başa çatıb. Artıq Daşkəsən, Gədəbəydən Zəngilana kimi dəqiqləşmə işləri aparılacaq . COP-29- a kimi sülh müqaviləsinin ilkin çərçivə sazişi imzalanmalıdır. Yekun sülh müqaviləsi o zaman mümkün ola bilər ki, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə tamamilə razılaşsın. İrəvan rəsmi Bakıdan müəyyən güzəştlər qoparmağa çalışır. Fors-major məqamlar olmasa, COP-29-a qədər çərçivə sazişi imzalana bilər”.

//Gülnarə Abasova, Editor.az