Ermənistan Azərbaycandan qaz almağa ümid edirbackend

Ermənistan Azərbaycandan qaz almağa ümid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda yenə də Azərbaycandan təbii qazın nəqlindən danışırlar.

Editor.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyindən bildiriblər. qeyd olunur ki, Bakı və İrəvanın bu məsələni hələ də birbaşa müzakirə etməməsinə baxmayaraq, İrəvanda Azərbaycan və Ermənistanın qaz nəqli sistemlərinin bərpasının zəruriliyi ilə bağlı səslər getdikcə daha çox eşidilir.

Ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan əvvəllər də bu ehtiyacı qeyd etmişdi. Departament xatırladıb ki, əvvəllər respublikaları üç magistral qaz kəməri birləşdirib: Qazax-İrəvan, İliçevsk-İrəvan, Gorus-Naxçıvan. Siyasi qərar olarsa, qaz xətləri bərpa oluna bilər.

//Samir Qurbanov, Editor.az