Ermənistan Azərbaycanın enerji təhlükəsizliyini təhdid edirbackend

Ermənistan Azərbaycanın enerji təhlükəsizliyini təhdid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyiniz kimi sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı hücuma keçib və Azərbaycan beynəlxalq qaydalara uyğun olaraq əks hücum əməliyyatları həyata keçirir.

Bunu Energetika naziri Pərviz Şahbazov onlayn keçirilən Bakı Beynəlxalq Enerji Xartiyası Forumunda bildirib.

P.Şahbazov konfrans iştirakçılarını Ermənistanın Mingəçevirdəki enerji infrastrukturuna atdığı raket və Cənub Qaz Dəhlizini hədəfə alması ilə bağlı da məlumatlandırıb:

“Ermənistanın bu addımı enerji təhlükəsizliyinə ciddi təhdiddir. Bildiyiniz kimi Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərini azad etməklə bağlı BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələri var. Hazırda Azərbaycan əks-hücum əməliyyatları vasitəsi ilə BMT-nin bu vaxta qədər icra olunmayan qətnamələrinin icrasını reallaşdırır”.