Ermənistan Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərini qəbul edib – “Stratfor” analitik mərkəzibackend

Ermənistan Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərini qəbul edib – “Stratfor” analitik mərkəzi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə edilməsi istiqamətində irəliləyiş çox yüksəkdir.

Editor.az bildirir ki, bu barədə Amerikanın nüfuzlu “Stratfor” analitik mərkəzinin 2024-cü il üçün proqnozları ilə bağlı dərc etdiyi hesabatda deyilir. “News.am” xəbər verir ki, mərkəzin analitiklərinin fikrincə, regional tranzit dəhlizlərinin şərtləri ilə bağlı tərəflər arasında hələ də fikir ayrılığı olsa da, İrəvan Bakı ilə sülh sazişi bağlamağa hazırdır.

“Ermənistan Bakının təkidinə qarşı çıxmaq üçün Qərblə artan siyasi əlaqələrindən və onun hərbi dəstəyindən istifadə edəcək, lakin İrəvanın cüzi təsir rıçaqlarının olduğunu nəzərə alsaq, o, Bakının Ermənistanın cənubundan tranzit keçməsi və sərhədlərin delimitasiyası tələblərini qəbul edəcək”, – Stratfor analitikləri qeyd ediblər.

İlin birinci yarısında danışıqlarda əhəmiyyətli irəliləyişin olacağı ehtimalı yüksəkdir. Üstəlik, İrəvanın Moskvadan uzaqlaşmaq istəyi ilə bağlı artan siqnallara baxmayaraq, ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qalması və ölkə iqtisadiyyatının Rusiya iqtisadiyyatı ilə sıx bağlı olması səbəbindən Rusiyanın Cənubi Qafqazda təsiri güclənəcək. Eyni zamanda, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər və ticarət əlaqələri yeni səviyyəyə qalxacaq.

Mərkəzin analitikləri hesab edirlər ki, Cənubi Qafqazda Şərq-Qərb tranziti əsasən Gürcüstan vasitəsilə həyata keçiriləcək, Bakı isə Rusiyanı İranla birləşdirən Şimal-Cənub infrastrukturunun inkişafına töhfə verəcək.

//Samir Qurbanov, Editor.az