Yaxın günlərdə Azərbaycanla Ermənistanın sərhədinin Geğarkunik bölgəsinə rusiyalı hərbçilər yerləşdiriləcək. Bundan sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri sərhəddən güzgü metoduyla geri çəkiləcək”.
“AzPolitika.info” xəbər verir ki, bu iddia ilə Geğarkunik vilayətinin qubernatoru Qnel Sanosyan çıxış edib.
“Rusiyalı həmkarların yerləşdirilməsi üzrə iş aparılır, vəziyyət tənzimlənəcək. Bu, üçtərəfli danışıqların nəticəsidir, paralel proses də gedir”, – o deyib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə deyib ki, onda əlavə informasiya yoxdur: “Qubernatorun dediyindən başqa bir şey yoxdur”.
Mayın ortasında Ermənistan Azərbaycan silahlı qüvvələrini Sünik və Geğarkunik vilayətlərində onun ərazisinə girməkdə suçlayıb. Ermənistanın baş nazir əvəzi Paşinyan isə hərbçiləri sərhəddən güzgü metoduyla geri çəkməyi, orada beynəlxalq müşahidəçilər yerləşdirməyi təklif edib.
Azərbaycan isə sərhəd mövqelərini tutduğunu bildirib. Rəsmi Bakı hələlik bu məlumatları hələlik, şərh etməyib.
Erməni mediası isə Ermənistan və Rusiyanın müdafiə nazirlərinin bu günlərdə rusiyalı sərhədçilərin sərhəddə yerləşdirilməsini müzakirə etdiklərini yazıb.
Xatırladaq ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ötən həftə demişdi ki, Rusiya gərginliyin azaldılması üçün fəal vasitəçilik səyləri göstərməkdədir.

