Ermənistan Azərbaycanla sülh sazişinin bütün mübahisəli bəndləri üzrə razılığa gəlməyə hazır olduğunu deyirbackend

Ermənistan Azərbaycanla sülh sazişinin bütün mübahisəli bəndləri üzrə razılığa gəlməyə hazır olduğunu deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycanla sülh sazişinin bütün mübahisəli bəndləri üzrə razılığa gəlməyə hazırdır, bunun üçün indi bütün imkanlar var.

Editor.az xəbər verir ki, bunu Ermənistanın baş nazir aparatının rəhbəri Arayik Arutyunyan deyib. “Biz başlanmış proseslərin və sülh müqaviləsinin imzalanmasının yaxın gələcəkdə reallığa çevrilməsini təmin etməyə sadiqik”, – Arutyunyan bildirirb. Ermənistan sülh müqaviləsinin qalan bəndləri üzrə razılığa gəlmək üçün real fürsət görür. Arutyunyan əlavə edib ki, sülh sazişinin bağlanması Ermənistanın Bakıda keçiriləcək COP29-da iştirakına ciddi təsir göstərə bilər.

Xatırladaq ki, oktyabrın ortalarında İsveçrədə keçirilən Parlamentlərarası İttifaqlar Assambleyasında Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistan və Azərbaycanın sülh sazişinin 16 bəndi üzrə razılığa gəldiyini bildirmişdi.

//Samir Qurbanov, Editor.az