”Ermənistan bir dövlət kimi Azərbaycanın qarşısında dura bilməz”- AÇIQLAMAbackend

”Ermənistan bir dövlət kimi Azərbaycanın qarşısında dura bilməz”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fransız-alman Arte kanalında yayımlanan materiallar gözlənilən idi, çünki fransızlarda da, almanlarda da Azərbaycana qarşı nifrət oyatmaq məsələsi Fransa Prezidenti Emmanuel Makronun ideyası kimi davam etdirilir”.

Bu sözləri Editor.az-a Fransız-alman Arte kanalının yayımladığı reportajla bağlı danışarkən politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, Qərbin əsas məqsədi Azərbaycan-Ermənistan qarşıdurmasını yenidən gündəmə gətirməkdir:

“Bununla da yenidən Qafqazda separatizmi gücləndirərək Rusiyanı Qafqazdan sıxışdırıb, çıxartmaq istəyirlər. Buna görə də Azərbaycanla Ermənistanı siyasi tonqala atmaq məqsədi güdürlər. Amma bu, alınmayacaq. Çünki nə ermənilərin güclənib, Qarabağı almaq imkanı var, nə də Azərbaycanın torpaqlarını kiminsə işğal etməsinə imkan vermək niyyəti yoxdur. Qərbin əsas məqsədi Azərbaycan-Ermənistan qarşıdurmasından istifadə edərək yenidən Cənubi Qafqaza girməkdir. Fransa özünün köhnə silahlarını satmaq üçün, Ermənistanı özünə borclandırmaq üçün belə addımlar atır. Əlbəttə bu oyunun arxasında ABŞ-ın Qafqaz maraqları durur.

Ermənistan bir dövlət kimi Azərbaycanın qarşısında dura bilməz. Bu istiqamətdə Fransanın da etdiyi heç bir şey öz nəticəsini verməyəcək”.

//Səbinə Hüseynli, Editor.az