Ermənistan bir sıra ərazilərindən İMTİNA EDİR? – Bakının təzyiqi işini görəcəkbackend

Ermənistan bir sıra ərazilərindən İMTİNA EDİR? – Bakının təzyiqi işini görəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan ilə Azərbaycan arasındakı sərhədlərin delimitasiyası prosesinin bilərəkdən ləngidilməsi, sərhədlərimizdə vaxtaşırı olaraq atəşkəsin pozulması hallarının olması təbii ki, təsadüf deyil. Çünki sərhədlərin müəyyənləşdirilməsi prosesi Rusiyanın, dolayısı ilə onun hazırda Ermənistanda himayə etdiyi “kukla rejimin” maraqlarındaymış kimi görünməməkdədir”. 

Bunu Milli.Az-a açıqlamasında hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, Ermənistanın havadarları və “kukla rejim” delimitasiya prosesini əngəlləmək üçün yollar axtarırılar:

“Azərbaycan bütün hallarda öz mövqeyini sərgiləyir, sülhə yanaşan bir tərəfdir. Sərhədlərin delimitasiyası prosesinə ilk addımı atan bir ölkə olaraq gərəkli tədbirlərini görməkdədir. Nəzərə almaq lazımdır ki, sərhədlərin delimitasiya prosesi istənilən halda gecikərsə və yaxud da tez bir zamanda reallaşarsa, Azərbaycanın marağınadır. Çünki Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir və mütləqdir ki, bu xəritələr 1918-1920-ci il xəritələrinə görə delimitasiya olunmalıdır.

Xüsusən də Ermənistanı buna məcbur etmək üçün Azərbaycanın əlində yetərincə gərəkli istinadlar var. Bu da Ermənistanın Azərbaycanın tarixi torpaqlarında dövlət olmağa çalışdığı dönəmdən bu tərəfə törətdiyi qətliamlar, Azərbaycanın mədəni irsinə, tarixinə, iqtisadiyyatına vurduğu zərərlər və bunun bir təzminat davası olaraq hesablanmasını nəzərə alsaq, Ermənistan ciddi mənada bir sıra ərazilərindən imtina edilməyə məcbur buraxıla bilər. 

Bundan da başqa həm də mövcud Ermənistan Respublikasının əraziləri müstəqilliyimizdən bu tərəfə heç də ədalətli olaraq müəyyənləşdirilə bilməmişdi. Bu da müstəqilliyimizin ilk günlərindən daha yeni ərazilər əldə etmək həvəsi ilə, işğalçılıq əməllərini başlatması ilə əlaqədardır.

Təbii ki, bu gün Azərbaycan öz ərazilərini işğaldan azad etməklə yanaşı bir varis olaraq AXC-nin sərhədləri istiqamətində də gərəkli addımlar atmağa müvəffəq olacaqdır. Bu gün bu məsələ ciddi mənada Ermənistanın havadarlarını, o cümlədən Ermənistanın “kukla rejimini” narahat etməkdədir ki, onlar bu delimitasiya prosesini bir yolla əngəlləməyə çalışırlar. İstənilən halda Azərbaycan öz haqq davasına davam etməli və öz mirasına bağlı qalaraq sərhədlərini bərpa etməlidir”.