“Ermənistan bizi yeni müharibəyə məcbur edərsə, bu, onlar üçün çox baha başa gələcək”-Millət vəkilibackend

“Ermənistan bizi yeni müharibəyə məcbur edərsə, bu, onlar üçün çox baha başa gələcək”-Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın Ermənistanla şərti sərhədində höküm sürən uzunmüddətli sakitlik dünəndən başlayaraq pozulub. Dünən sərhəd xidmətimizin bir əməkdaşını Ermənistan postundan snayperin atdığı güllə atəşindən ağır yaralandı. Dünənki atəşlə bağlı Ermənistan Müdafiə Nazirliyi tərəfindən əmirə tabe olmayanların cəzalandırılacağı bildirilsə də bu gün yenə də Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən mövqelərimiz atəşə tutulub. Şərti sərhəddə atəşkəsin pozulmasını sıradan bir əmrə tabe olmamaq halı kimi qiymətləndirirəm. Çünki bir neçə gün idi ki, Avropa İttifaqının binokolçuları aktivləşərək Ermənistan tərəfindən ərazilərimizə baxıb selfi çəkirdi. Təbii ki, bu, atəşkəsin pozulması da onların düşünülmüş planının tərkib hissəsidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, avropalı binokolçular şərti sərhəddə mövqelərimizi atəşə tutdurmaqla Azərbaycan Ordusunun bölmələrini təxribata çəkmək istəyirlər:

“Sonra da həmin kadrları lentə alaraq hesabatlar hazırlasınlar və Azərbaycana qarşı öz çirkin niyyətlərini həyata keçirtsinlər. Təbii ki, Azərbaycan hələ ki, Ermənistanın bu təxribatlarına baş qoşmur və cavab qaytarmaqla şərti sərhəddə sakitliyi qoruyub saxlayır. Amma erməni təxribatlarının miqyasının genişlənəcəyi və bunun ərazilərimizə təhlükə kimi qiymətləndiriləcəyi halda onlar çox ciddi cavabla qarşılaşacaqlar. Onlar bilməlidirlər ki, odla oynamaq olmaz. Onlarla üzbəüz dayanan qalib Müzəffər Azərbaycan əsgəridir. Ermənistan bizi yeni müharibəyə məcbur edərsə, bu, onlar üçün çox baha başa gələcək”.

//Gülnarə Abasova, Editor.az