Ermənistan bölgədə NATO maraqlarını reallaşdırır?-AÇIQLAMAbackend

Ermənistan bölgədə NATO maraqlarını reallaşdırır?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lavrov və digər Rusiya rəsmiləri dəfələrlə qeyd ediblər ki, son illər Ermənistan Qərbə meyilli siyasət yürüdərək rəsmi Moskvadan uzaqlaşmağa çalışır”.

Bunu Editor.az-a politoloq Ramiz Alıyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları üzrə jurnalistlərə açıqlamasında “Ermənistanda son illər yaradılan qeyri-hökumət təşkilatlarının sayından xəbərimiz var. Onlar anti-Rusiya əhvali-ruhiyyəsi üçün zəmin yaratmaq və ilk növbədə ABŞ-ın, Avropa İttifaqının, NATO ölkələrinin Ermənistan vasitəsilə bu regionda maraqların təşviqinə hazırlıq görmək məqsədi daşıyır. Biz bu cəhdləri görürük”-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Ramiz Alıyev: “Azərbaycan qisas əməliyyatına başlasa, bu, ermənilərə baha başa gələcək” - Editor.az

Onun sözlərinə görə, hər bir ölkənin istədiyi dövlətlə, təşkilatla əlaqə yaratmaq kimi müstəqil siyasəti var:” Yeni dostlar qazanmağa çalışan Ermənistan doğru addımlar atmır. Çünki Rusiya Ermənistanın  mövcudluğunda xüsusi rola malikdir. Rəsmi İrəvan son illərə qədər Moskvadan xeyli sayda silah-sursat, texnika əldə edib. Ermənistan iqtisadiyyatı da birbaşa Rusiyadan asılıdır. Rəsmi İrəvanda Moskvanın böyük şirkətlərinin nümayəndəliyi var”.

Politoloqun fikrincə, Ermənistanın Rusiyaya qarşı cəbhədə yer alması rəsmi İrəvan üçün uğurlu olmayacaq:

“Ermənistan Rusiyanı düşmən ölkə hesab edərək Qərbə, NATO ölkələrinə meyillənməklə doğru siyasət yürütmür. NATO ölkələrindən biri Türkiyədir. Türkiyəyə ərazi iddiası olan bir ölkənin Alyansa yaxınlaşması nə qədər mümkün görünür? Əvvəlcə rəsmi Ankara ilə aralarında olan qondarma soyqırım məsələləri, eləcə də Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə bağlı proseslərə təkan verməli, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ermənistan Qərbə deyil, konkret olaraq Fransa və erməni lobbisinin güclü olduğu ölkələrə meyillənir. Rəsmi İrəvanın həyata keçirdiyi siyasəti dərindən bilən beynəlxalq təşkilatlar, siyasətçilər çox yaxşı anlayır ki, bu ölkə üçün dostluq əlaqələri yeni dost qazanılana qədərdir”.

R.Alıyev düşünür ki, Ermənistan üçün düzgün addım bərabər hüquqlar çərçivəsində həm Rusiya, həm də Qərblə münasibətlərini yaxşılaşdırmaqdır.

//Safura Bənnayeva, Editor.az