Ermənistan bu fürsətdən yararlanmağa çalışır- ŞƏRHbackend

Ermənistan bu fürsətdən yararlanmağa çalışır- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyan hakimiyyəti bu sözlərlə həm daxili auditoriyanı, həm də beynəlxalq aləmi aldatmağa çalışır”.

Bu fikirləri Editor.az-a siyasi şərhçi Tural İsmayılov Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamasında qeyd etdiyi “Ermənistanın 29,8 min kvadrat km tanınacağı təqdirdə Azərbaycana qarşı hər hansı ərazi iddiası olmayacaq” fikrini şərh edərkən bildirib.

Siyasi analitik qeyd edib ki, Ermənistan baş nazirinin sülhlə bağlı verdiyi açıqlamalar qəbuledilməzdir:

“Çünki daha əvvəl də rəsmi İrəvan ölkəmizin irəli sürdüyü 5 maddəlik sülh təklifini guya dəstəklədiyini vurğulamışdı. Lakin sonrakı dövrlərdə atdığı addımlar, şərti sərhədlərdə törətdiyi təxribatlar nəticəsində məlum oldu ki, bu kontekstdə Ermənistanın verdiyi heç bir açıqlamaya güvənmək olmaz “.

T.İsmayılovun sözlərinə görə, Nikol Paşinyan bu qəbildən çıxışları ilə Qərbdəki ağalarına mesaj ötürməyə çalışır:

“Ermənistan Qərbdən gələn hansısa narazılıqlardan yayınmaq üçün “günah keçisi” rolunda Rusiyanı göstərir. Rəsmi Moskva bu gün bölgədə sülhün əldə edilməsində maraqlı deyil. Nikol Paşinyan da bundan istifadə edərək sülhpərvər obraz yaratmağa həvəslidir. Azərbaycan hər zaman sülhə sadiqliyini sübut edib. Bundan sonra isə Ermənistan tarixdə görünməmiş cəsarətli addımlar atmalıdır. Bu nə qədər inandırıcı görünməsə də İrəvan xarici güc faktorlarının əlində oyuncaq olmaqdan imtina etməli və Azərbaycanın sülh çağırışlarına cavab verməlidir”.

//Safura Bənnayeva, Editor.az