Ermənistan bu kimi tədbirlərdən Rusiyanı qıcıqlandırmaq üçün istifadə edir: Moskvanın cavabı nə olacaq?- ŞƏRHbackend

Ermənistan bu kimi tədbirlərdən Rusiyanı qıcıqlandırmaq üçün istifadə edir: Moskvanın cavabı nə olacaq?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın NATO sammitində iştirakı elə də ciddi hadisə olmasa da Rusiyanın buna ciddi reaksiya göstərməsi təbiidir. Ermənistan bu kimi tədbirlərdən Rusiyanı qıcıqlandırmaq üçün istifadə edir. Rusiyanın əl-qolunun bağlı olduğu bir məqamda sanki Ermənistan maksimum ondan öz acığını çıxmaq istəyir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Ermənistanla bərabər dünya ölkələri də yaxşı bilir ki, Ermənistanın siyasi çəkisi regionda yox dərəcəsindədir:

“Rusiya da hələlik Ermənistana ciddi yanaşmır. Buna görə də öz subyektivliyini artırmaq üçün məqsədli şəkildə Rusiya əleyhinə ittifaqlarla təmas yaradır. Belə ki, İrəvan məcburi şəkildə özünə hörmət qoydurmağa çalışır. Amma bunun üçün Ermənistanın heç bir potensialı yoxdur. Ermənistan bununla ciddi riskləri gözə alır. Bir tərəfdən də yaxşı bilir ki, Rusiya da ona qarşı ciddi addımlar atmaz. Bu, tamamilə erməni toplumunun Rusiyadan üz döndərməsi anlamına gələr. Rusiya Ermənistanı yumşaq güclə təzyiq altında saxlamaq istəyir. Çünki Ukrayna təcrübəsi də göz önündədir. Rusiya və Ukrayna artıq bəlkə də yüz illər düşmən kimi yaşayacaqlar. Bu da Rusiya üçün daimi gərginlik mənbəyi deməkdir ki, bunun da ona heç bir xeyri yoxdur. Rusiya Ermənistanın nazı ilə son ana kimi çox oynayacaq. Son hədd isə açıq şəkildə NATO ilə inteqrasiya addımları atıldığı an başlayacaq. Hələlik ritorika dueli davam edir. Amma son an gəldikdə Ermənistan adında toplum yaşamaq üçün yeni ərazilər axtaracaq”.

//Gülnarə Abasova, Editor.az