Ermənistan bu prosesdən kənarlaşdırılır: İran və Azərbaycan razılıq əldə edəcək?-AÇIQLAMAbackend

Ermənistan bu prosesdən kənarlaşdırılır: İran və Azərbaycan razılıq əldə edəcək?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Alternativ bir marşrut lazım idi. Bu perspektivdə Azərbaycan Şərq-Qərb istiqamətində Orta dəhliz layihəsini təklif edib”.

Bunu Editor.az-a politoloq Turab Rzayev Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən quru yolu üçün İranla razılıq əldə olunması və Ermənistanın prosesdən kənar qalamsına münasibət bildirərkən deyib.
Turab Rzayev: "Türkiyə Rusiya ilə Ukrayna və Qərb arasında balans yaratmağa çalışır"

Onun sözlərinə görə, rəsmi Bakı da Xəzər dənizindən keçməklə Orta Asiya, Qazaxıstan və Türkmənistandan gəlib Azərbaycandan keçib Türkiyəyə oradan da Avropaya gedən yol təklif edib:

“Bununla bağlı Bakı-Tibilisi-Qars dəmiryolu xətti çəkilib. Bu marşrutu daha da genişləndirib alternativ yaratmaq istəyirik. Bu məqsədlə də Zəngəzur üzərindən dəhliz düşünülüb. Lakin burada iki faktor var. Birincisi, Azərbaycan Zəngilana qədər milyonlarla vəsait xərcləyib dəmiryolu və avtomobil yolu çəkir. Digər tərəfdən Türkiyədən Qars və Iğdırdan Naxçıvana dəmiryolu və avtomobil yolu çəkilir, təmir edilir. İdeal variant o idi ki, Ermənistan öz inadından əl çəkməli və yol Zəngəzur üzərindən keçməli idi. Bu, həm ən qısa, həm də az xərcli yol olardı. Eyni zamanda, rəsmi İrəvan Orta dəhlizə qoşular və regional tranzitdən, nəqliyyat kommunikasiya xətlərindən gəlir əldə edərdi. Beləliklə, Ermənistanda biznes canlanar, Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələri bərpa olunardı. Lakin Ermənistan buna razılıq vermədi. Azərbaycan və Türkiyə isə Orta dəhliz məsələsində qəti qərardadırlar. İkincisi isə sırf Ermənistanın etirazına görə bu layihələr yarımçıq dayandırıla bilməz”.

Politoloqun sözlərinə görə, indiki halda İran üzərindən bu dəhlizi reallaşdırmaq mümkündür:” Əgər Ermənistan hakimiyyəti bu yersiz qərarlarından geri addım atarsa, prosesin yekunlaşmasında rəsmi İrəvan versiyası da istisna edilməz. Brüssel və Aİ-da Zəngəzur dəhlizinin açılmasını istəyir. Çünki ilk Brüssel görüşündə Nikol Paşinyan Zəngəzurdan dəmiryolunun açılmasına rəsmi şəkildə razılaşmışdı. Dəmiryolunun Ermənistan, avtomobil yolunun isə İrandan keçməsi variantı da mümkün ola bilər”.

//Safura Bənnayeva, Editor.az