“Ermənistan bu siyasətini davam etdirərsə, sülh yaxındır”- ŞƏRHbackend

“Ermənistan bu siyasətini davam etdirərsə, sülh yaxındır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda müəyyən revanşist qruplar var ki, onlar sülhün əleyhinədir və hesab edirlər ki, beynəlxalq situasiya dəyişəcək, proseslər Ermənistanın leyhinə olacaq”.

Bu fikirləri erməni politoloq Stepan Danielyanın Türkiyə rəsmilərinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması arzularını ifadə etməsini “tələskənlik” kimi qiymətləndirməsinə münasibət bildirərkən Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, regional vəziyyət dəyişdikcə Azərbaycan daha da güclənir:

“İrəvandakı revanşistlərin qərəzli açıqlamaları normaldır. Hazırda Ermənistan küçələrində etiraz edib səs-küy salanlar da elə onlardır. Hesab edirəm ki, Ermənistan hakimiyyəti daha da konstruktiv mövqedən çıxış edərək siyasi iradə ortaya qoyub sülhü tezləşdirməlidir. Bu istiqamətdə işlər gedir. Ermənistanda bu kimi politoloqların verdiyi açıqlamalar isə sadəcə daxili publikaya işləyir. Hələ onlar uzun müddət “Qarabağ” kartından Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış etmək üçün istifadə edəcəklər. Ancaq indiki hakimiyyət müəyyən konstruktiv addımlar atmaq istəyir ki, bu da Ermənistanın leyhinədir. Bu siyasəti davam etdirsələr, sülh yaxındadır”.

//Gülnarə Abasova, Editor.az