“Ermənistan bu vaxta qədər Rusiyanın vasitəçiliyindən məhz buna görə imtina edir”-ŞƏRHbackend

“Ermənistan bu vaxta qədər Rusiyanın vasitəçiliyindən məhz buna görə imtina edir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya hər zaman Azərbaycanla Ermənistan arasında münaqişənin həll olması istiqamətində öz vasitəçilik missiyasını irəli sürüb. Bu vasitəçiliyin 2020-ci ilə qədər olan xarakteri göz önündədir. 2020-ci ildən sonra isə vəziyyət dəyişdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Politoloq bildirib ki, 2020-ci ilə qədər ermənilərin yanında olan Kreml Azərbaycanla münasibətlərinə yenidən baxmağa başladı:

“Moskva artıq erməniləri əvvəlki səviyyədə müdafiə edə bilmirdi. Erməniləri müdafiə etməmək onları Rusiyadan incik saldı və Qərblə yaxınlaşmalarına stimul verdi. Digər tərəfdən Qərb də öz növbəsində müxtəlif şirnikləndirici vasitələrlə İrəvanı öz ağuşuna çəkməyə başladı. Məhz buna görə də Ermənistan bu vaxta qədər Rusiyanın vasitəçiliyindən imtina edir. Mariya Zaxarovanın son təklifinə isə Ermənistan hakimiyyətindən müsbət cavab gözləmirəm, çünki İrəvan müstəqil xarici siyasət yeritmək imkanlarını çoxdan itirib. Qərb isə Rusiyanın vasitəçiliyindən Ermənistanın yararlanmasına imkan verməyəcək”.

//Gülnarə Abasova, Editor.az