“Belə bir vəziyyətdə Putinin “məşğulam” deyib də dəstəyi Paşinyanın üzünə bağlaması Ermənistanin tükdən asılı vəziyyətdə qaldığını göstərir.” – siyasi şərhçi Əlabbas Məhərrəmov Paşinyanin Rusiya dövlət başçisina telefon zənginə münasibət bildirərkən belə deyib.
Paşinyanin Putinə zəng vurması, sonuncunun isə onu “məşğulam” deyə başından eləməsi epizodunun Rusiyanin telekanallarinda yayımlanması Putin administrasiyasinin Qarabağda davam edən döyüşlərə münasibətini əks etdirir.
Aydın məsələdir ki, Rusiya başından böyük davranan Paşinyanin dərsinin verilməsində maraqlidir.Ermənistanda müharibəni uduzan hakimiyyət, çökən iqtisadiyyat, daxili qeyri-sabitlik Paşinyanin devrilməsini sürətləndirir.
Paşinyan hər addımda Qərbin adamı olduğunu göstərməyə çalışır. Əslində isə bu gün ona Qərbdən də ciddi dəstək verilmir. Ona görə də, Paşinyan telefon dəstəyindən asılı qalıb.
Belə bir vəziyyətdə Putinin “məşğulam” deyib də dəstəyi Paşinyanın üzünə bağlaması Ermənistanin tükdən asılı vəziyyətdə qaldığını göstərir.
Fransaya gəldikdə isə Makronun ermənilərin xeyrinə danışması onların vəziyyətini zərrə qədər düzəltmir. İstədiyi qədər danışsın… Fransa bu mövqeyi ilə ATƏT-in Minsk qrupunda yerinin olmadığını bir daha təsdiqlədi.

