Ermənistan cəmiyyətində ciddi parçalanma gedir: Qərb, yoxsa Rusiya?- Millət vəkilindən ŞƏRHbackend

Ermənistan cəmiyyətində ciddi parçalanma gedir: Qərb, yoxsa Rusiya?- Millət vəkilindən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın qeyri-rasional və anlaşılmaz siyasəti onu çox dərin bir uçuruma aparır. Ümumiyyətlə, layihə kimi irəli sürülən bu dövlət yarandığı gündən heç vaxt müstəqil siyasət yürütməyib. Çünki hər zaman ona nəzarət edən dövlətlər olub. Hazırda isə müstəqil ola bilməyən Ermənistan ciddi problemlər yaşayır”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, hazırki vəziyyətdə Ermənistan öz vektorunu Rusiyadan Qərbə çevirməyi qarşısına məqsəd qoyub:

“Məsələnin kökündə Nikol Paşinyanı hakimiyyətə qüvvələrin məqsədləri dayanır. Onun fəaliyyəti və görməli olduğu işlərin hesabı soruşulur. Qərbdən Ermənistana verilən vədlər də icra olunmur. Ümumiyyətlə, ABŞ başda olmaqla, Qərb ölkələri hər zaman havadarları olduqlarını göstərdikləri ölkələri yarı yolda qoyublar. Ermənistan bu siyasətlə özünü daha da uçuruma aparır, sanki ikinci Ukrayna modelini yaradır”.

V. İskəndərovun sözlərinə görə, Ermənistan cəmiyyətində də ciddi parçalanma gedir:

“Böyük bir kütlə hakimiyyətdən İran və Rusiyaya olan münasibətdə hər zamanki mövqeyi qorumağı tələb edir. Bir hissə isə Ermənistanın Qərb siyasətini dəstəkləyir. Belə ki, cəmiyyət ikiyə parçalanıb. Rəsmi İrəvan çıxılmaz vəziyyətdədir. Qeyri-stabil xarici siyasət heç bir dövlətə uğur qazandırmayıb. Milli maraqlara söykənən siyasət həyata keçirdə bilməyən ölkələr hər zaman məğlubiyyətə və uğursuzluğa düçar olur. Ermənistan da bu ölkələrdəndir. Onun uğurlu gələcək fəaliyyəti yalnız Azərbaycanın irəli sürdüyü şərtlərlə sülhə getməkdən, qonşu ölkələrlə dinc münasibət saxlamaqdan aslıdır”.

//Gülnarə Abasova, Editor.az