Ermənistan cəmiyyətindən Qarabağ sazişinə REAKSİYA: Azərbaycanlılar bizi alçaltdılarbackend

Ermənistan cəmiyyətindən Qarabağ sazişinə REAKSİYA: Azərbaycanlılar bizi alçaltdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda siyasi böhran davam edir.

Editor.az Yenisabah.az-a istinadən bildirir ki, artıq Ermənistan ictimaiyyəti Baş nazir Nikol Paşinyanın istefaya getməsində israr edirlər.

Ermənistan parlamentinin keçmiş vitse-spikeri Arpine Ovannisyan bildirib ki, Qarabağ münaqişəsilə bağlı hansısa dəyişikliklər etmək üçün ümid Paşinyanın istefasınadır.

“Biabırçı kapitulyasiya görə 4 gündən sonra Kəlbəcər təslim edilməli və ermənilər oradan çıxmalıdır.

Dünən çox sayda məktub almışam. İnsanlar “nə olacaq?”, “nə etməli?” deyə sual edirlər. Cavab verirəm: Hələ ki, bir şans var, Paşinyanın istefası. Bunun üçün, xahiş edin, tələb edin, inandırın, mümkün olan hər şeyi edin! Yalnız Nikolun istefası nəyisə dəyişəcəyimizə ümid verir.

Əgər “imkaylakanlar” (Paşinyanın yaratdığı “Mənim Addımım” nəzərdə tutulur – red) arasında həqiqətən vətənpərvərlər varsa, indi bunu göstərməyin zamanıdır.

Əgər iki il əvvəl siz qolunuzda qara lent, çiyninizdə tabut bizi lənətləyərək evimizə gəlib Nikolu seçməyimizi tələb edəndə mən Nikol ilə ləyaqət, Nikol ilə vətən arasında seçim etdim. Mən ləyaqət və vətəni seçdim. Amma o zaman bu aydın görünmürdü. Mənə elə gəlirdi ki, xalqımı və vətənimi seçmədim.

Bu gün Nikol və vətən arasında dəqiq seçim etdiyim gündür”, – deyə keçmiş vir-spiker vurğulayıb.

Müxalif “ARF Daşnaksütyun” partiyasının təmsilçisi İşxan Sağatelyan da Paşinyanı satqınlıqda ittiham edib. O Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanatı alçaldıcı kapitulyasiya aktı kimi dəyərləndirib. “Baş nazirin xalqın arxasından alçaldıcı təslimçilik müqaviləsi imzaladı”, – deyə o bildirib.

İşxan Sağatelyan əlavə edib ki, Paşinyan hökuməti 35 gün cəmiyyətə yalan danışıb. “Vaxtaşırı təslim etdikləri bölgələrlə bağlı “biz qalib gəldik” dedilər. Cəmiyyəti aldatmaqla, gizli son anda millətimizi və xalqımızı fakt qarşısında qoydular. Nikol Paşinyanın səriştəsiz və xain hərəkətləri nəticəsində ölkə müharibə ilə üzləşdi. Mövcud siyasi hakimiyyət müharibəyə hazır deyildi. Ancaq müharibənin qarşısını almaq üçün nəinki heç nə etmədi, əksinə ölkəni müharibəyə sürüklədi”, – deyə Sağatelyan vurğulayıb.

O sonda Paşinyanın istefaya getməli olduğunu bildirib.